Hindistanlı turistin axtarışlarına itlər cəlb edildi - FOTO
23 iyun 2022 11:11 (UTC +04:00)

Hindistanlı turistin axtarışlarına itlər cəlb edildi - FOTO

Zaqatalada itkin düşən Hindistan vətəndaşı, 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a bildirib ki, Zaqatalada itkin düşən hindistanlı turistin axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib:

"Hazırda axtarışlar davam edir".

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

# 7380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar