Hərbi xidmətə hazırlaşan velosipedçi ÖLDÜ
16 iyun 2022 23:14 (UTC +04:00)

Hərbi xidmətə hazırlaşan velosipedçi ÖLDÜ

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb. 

Lent.az APA -nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.  

Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.

Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.     

Məlumata görə, ailədə bir bacının yeganə qardaşı olan ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş. 
Faktla bağlı araşdırma aparılır.         
 

# 3108
avatar

Oxşar yazılar