Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Albaniyada, Dürres limanında baş verib.
Belə ki, Biləsuvar rayon sakini, 25 yaşlı Əvəz Cəfərovu gəmidə elektrik cərəyanı vurub.
O xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub. Mərhumun Biləsuvarda dəfn olunacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır.