Hədə-qorxu ilə pul tələb edən keçmiş məhkum SAXLANILDI
03 avqust 2022 17:07 (UTC +04:00)

Hədə-qorxu ilə pul tələb edən keçmiş məhkum SAXLANILDI

Şirvan şəhər sakini S.Babayev Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Z.Hüseynovdan bir müddət əvvəl 5000 manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Z.Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3000 manat pul tələb edib.

Fakta bağlı Z.Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1587
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Bakıda FACİƏ:  kişi su quyusuna düşüb öldü

Bakıda FACİƏ: kişi su quyusuna düşüb öldü

18 aprel 2024 , 10:29
Astarada "avtoş"luq edən həbs olundu

Astarada "avtoş"luq edən həbs olundu

18 aprel 2024 , 10:20
Evə girib, görün nə oğurladı: Saz...

Evə girib, görün nə oğurladı: Saz...

18 aprel 2024 , 10:07
Yük maşını  piyada qadını vurdu

Yük maşını piyada qadını vurdu

18 aprel 2024 , 09:45
31 yaşlı kişi tövlədə   özünü ASDI

31 yaşlı kişi tövlədə özünü ASDI

18 aprel 2024 , 09:20
Bakıda yük maşını aşdı, iki nəfər yaralanıb  - FOTO -YENİLƏNİB

Bakıda yük maşını aşdı, iki nəfər yaralanıb - FOTO-YENİLƏNİB

18 aprel 2024 , 09:10
Toyda  FACİƏ:   gəlin  hovuza düşüb   öldü

Toyda FACİƏ: gəlin hovuza düşüb öldü

18 aprel 2024 , 00:29
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU

17 aprel 2024 , 23:50