Hamamdan  işdən çıxarılan   kişi özünü güllələdi
18 mart 2023 19:23 (UTC +04:00)

Hamamdan işdən çıxarılan kişi özünü güllələdi

Moskvada mənzillərin birində kişi meyiti tapılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, həmin şəxs Sandunovski hamamında 17 il işlədikdən sonra işdən çıxarıldığı səbəbindən intihar edib.

Mənbənin məlumatına görə, polisə atəş açılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polislər başından güllə yarası almış 56 yaşlı kişi meyitini aşkar ediblər.

Mərhumun anası oğlunun 17 il Sandunovski hamamında işlədiyini, lakin ötən ilin sentyabrında epilepsiya tutması səbəbindən işdən çıxarıldığını deyib. Moskvalı yeni iş tapmayıb və bunun fonunda depressiyaya düşməyə başlayıb, nəticədə öz həyatına son qoyub. 
 

# 2193
avatar

Oxşar yazılar