Halı pisləşən sürücü qəza törətdi, 2 qadın xəsarət aldı -FOTO
23 may 2022 00:30 (UTC +04:00)

Halı pisləşən sürücü qəza törətdi, 2 qadın xəsarət aldı -FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki avtomobil  toqquşub.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

“Volkswagen” markalı avtomobili idarə edən sürücü yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün sükana nəzarəti itirib. Nəticədə avtomobil idarədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan qadın sürücünün idarə etdiyi “Changan” markalı maşına çırpılıb. Qəza nəticəsində “Changan”dakı iki qadın və “Volkswagen”nin sürücüsü xəsarət alıb. 

Yol-nəqliyyatı hadisəsi zamanı prospektdə sıxlıq yaranıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

# 1731
avatar

Oxşar yazılar