Gürcü və erməni “qanuni oğrular”  ad günündə dalaşdılar
15 noyabr 2022 19:07 (UTC +04:00)

Gürcü və erməni “qanuni oğrular” ad günündə dalaşdılar

İspaniyada gürcü “qanuni oğru” Qeqi Svanın ad gününü qeyd edərkən qonaqları dava edib: Artyom Sarkisyan (Artem Saratovski) Ramaz Djinçaradzeni vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, tədbir ad günü olan şəxsin Barselonadakı evində keçirilib. Davaya səbəb Cjinçaradzenin Sarkisyanla əllə görüşməməsi olub. O, ilk tostu yarımçıq kəsərək, Ramazdan izahat tələb edib və cavab almadan onu vurub.

“Qanuni oğru” Edik Asatryan deyib ki, Djinçaradze səhv edib və Artyomdan üzr istəməlidir. Bu mübahisə fonunda toplaşanlar Ramazla Zviad Papiaşvili arasında uzun müddət davam edən münaqişəni xatırladıblar.

2021-ci ildə Artyom Saratovski ödənilməmiş qumar borcu ilə bağlı dedi-qoduya görə Qayk Sarkisyan (Ayko Astraxanski) ilə dava edib. Onlar Aykonun yaşadığı Polşada kriminal aləmin digər nüfuzlu nümayəndələrinin: Mamulo, Sopotiya, Vatiya, Korsaqiya və Levan Peradzenin iştirakı ilə məsələni həll ediblər. Artyom Aykodan üzr istəməsini tələb etsə də, o, bundan imtina edib.

Artym Aykoya oğru olmadığını və görüşdə fikrini əsaslandırmağa hazır olduğunu bildirib. Nəticədə Edik Asatryanın köməyi ilə münaqişə həll olunub.

# 2334
avatar

Oxşar yazılar