Göygöldə qəza: 6 nəfər... -  ADLAR
30 aprel 2022 00:20 (UTC +04:00)

Göygöldə qəza: 6 nəfər... - ADLAR

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 21099" markalı avtomobillər toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adları aşağdakılardır:

21 yaşlı  Abbasov Kazım İlham oğlu;

21 yaşlı Vəliyev Eldar Vasif oğlu;

35 yaşlı Hacıyev Nicat Fikrət oğlu;

14 yaşlı Zeynalı Ülvi Vüsal oğlu;

40 yaşlı  Zeynalov Vüsal Əlif oğlu;

37 yaşlı  Vəlieyva Elyanə Akif qızı;

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

 

# 2190
avatar

Oxşar yazılar