Göygöldə minik avtomobili yük maşınına çırpıldı, sürücü öldü
21 iyul 2022 05:35 (UTC +04:00)

Göygöldə minik avtomobili yük maşınına çırpıldı, sürücü öldü

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınının sürücüsü Pənahlılar kənd sakini 1992-ci il təvəllüdlü Həsənov Bünyad Səməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1569
avatar

Oxşar yazılar