Qoyun axtaranda dərəyə düşən qadın və kişi xilas olundu -  YENİLƏNİB
16 avqust 2022 10:10 (UTC +04:00)

Qoyun axtaranda dərəyə düşən qadın və kişi xilas olundu - YENİLƏNİB

Göyçay rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, avqustun 15-də axşam saatlarında Göyçay sakinləri şəhərin şimalındakı dağlıq ərazidə itmiş qoyunları axtararkən naməlum istiqamətdə qayadan dərəyə düşüblər. Qaranlıq vaxtı köməksiz vəziyyətdə qalan 30 yaşlı Kamran Eminov və 38 yaşlı Nərgiz İbrahimova adlı şəxslərin xilas olunması üçün FHN-nin "112" qaynar xətt mərkəzinə məlumat verilib. Hadisə yerinə cəlb edilən xilasedicilər itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat-axtarış tədbirləri keçiriblər.

Xilasedicilər gecə saatlarında əvvəlcə çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən edib. Qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülüb. Onlar xilas olunaraq ailəsinə təhvil verilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

***

02:45

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar.

Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.

Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.

Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.

Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.

Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.
 

# 3933
avatar

Oxşar yazılar