"Gənclik" massivində ustanı  "tok" vurub   öldürdü
19 may 2023 21:37 (UTC +04:00)

"Gənclik" massivində ustanı "tok" vurub öldürdü

Oğuzda rəngsazı elektrik cəryanı vuraraq öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə Oğuz şəhəri "Gənclik" massivi adlanan ərazidə baş verib.

Evlərdən birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini, 36 yaşlı  Şərif  Məhəmməd oğlu Babayevi elektrik cəryanı vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov

# 2367
avatar

Oxşar yazılar