Gəncədə qazinin evi yandı - FOTO
17 mart 2023 15:48 (UTC +04:00)

Gəncədə qazinin evi yandı - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 33 yaşlı Sənan Həsənova məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Yanğın zamanı 1 otaqlı ev əşiyaları ilə birlikdə yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Sənan Həsənov 44 günlük vətən müharibəsinin iştirakçısıdır. O, şiddətli döyüşlərdə yaralanıb.

 

Fuad Nazimoğlu

# 1374
avatar

Oxşar yazılar