Gənc oğlanı avtomobil vurub öldürdü
14 sentyabr 2022 01:39 (UTC +04:00)

Gənc oğlanı avtomobil vurub öldürdü

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəfayev Fuad Əhməd oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

# 2106
avatar

Oxşar yazılar