Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Kamal Qibadzadə yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Nurlan Əli