Füzulidə kafe  yandı
28 iyul 2022 21:14 (UTC +04:00)

Füzulidə kafe yandı

Füzuli rayonunun Əhmədbəyli kəndində kafe yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ümumi sahəsi 300 m² olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 48 m² sahədə, yaxınlıqda ümumi sahəsi 72 m² olan birmərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. 
Yüksək temperaturdan mağazanın xarici divarına quraşdırılan kondisioner qismən əriyib. 

Kafenin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

# 1848
avatar

Oxşar yazılar