Füzulidə "Jiquli" "cip"lə toqquşdu, ölən var
16 mart 2023 12:16 (UTC +04:00)

Füzulidə "Jiquli" "cip"lə toqquşdu, ölən var

Füzulidə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 15-də saat 15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verib. Rayon sakini M.Cəfərovun idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini E.İsmayılovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb.

Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1134
avatar

Oxşar yazılar