Ev yandırdığı deyilən qadın özünü yandırıbmış...
23 may 2023 12:12 (UTC +04:00)

Ev yandırdığı deyilən qadın özünü yandırıbmış...

Azərbaycanda intihara cəhd edən ananın övladı sığınacağa yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. Onun sözlərinə görə, uşaq aprelin 22-də sığınacağa gətirilib:

"22 apreldə bir uşaq yerləşdirildi sığınacağa. Anası barədə məlumatımız səthi idi, bircə bildirildi ki, anası bir nəfərin evini yandırdığına görə həbs olunub. Bir az öncə ananı tapmışam. Ana dediyinə görə ev yandırmayıb, özünü yandırıb. Qeyri-rəsmi yaşadığı şəxs tərəfindən uşağının gözü qarşısında davamlı olaraq şiddət gördüyündən, bıçaqla hədələndiyindən benzin töküb özün yandırıb. 1 aydır ağır vəziyyətdə yatır. Uşağın anasının durumundan xəbəri yoxdur, sığınacaq onun üçün sakit məkandır, yetərincə gözü qarşısında dəhşətlər görüb. Qadın 15 yaşında övladını dünyaya gətirib".

# 1386
avatar

Oxşar yazılar