Elektrik dirəyində İNTİHARA CƏHD
08 iyun 2022 18:48 (UTC +04:00)

Elektrik dirəyində İNTİHARA CƏHD

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunun Vladimirovka kəndində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

# 1746
avatar

Oxşar yazılar