Xəbər verdiyimiz kimi Əhmədli qəsəbəsində torpaq sürüşməsi olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Lent.az-a bildirilib ki, Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
***
10:53
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.
Bu barədə Lent.az-a Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.
Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.