Dünən yollarda 3 nəfər ölüb -  KRİMİNAL XRONİKA
25 iyun 2022 10:21 (UTC +04:00)

Dünən yollarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA

İyunun 24-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 12-nin açılması təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

# 1665
avatar

Oxşar yazılar