DTX Naxçıvanda əməliyyat keçirir, saxlanılanlar var
23 noyabr 2022 15:45 (UTC +04:00)

DTX Naxçıvanda əməliyyat keçirir, saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb.

Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində də istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

# 3390
avatar

Oxşar yazılar