Kamran Əliyev
06 sentyabr 2022 18:00 (UTC +04:00)

Kamran Əliyev

Dörd rayon prokurorluğuna yeni TƏYİNATLAR

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş prokuror Kamran Əliyevin müvafiq əmrilə Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Həmçinin Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorluğuna, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə Suraxanı rayon prokurorluğuna, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev  Nərimanov rayon prokurorluğuna müavin təyin ediliblər.

# 2904
avatar

Mehman Nəbiyev

Oxşar yazılar