Dəniz sahilində  başı və ayaqları olmayan   meyit tapıldı
15 mart 2023 14:39 (UTC +04:00)

Dəniz sahilində başı və ayaqları olmayan meyit tapıldı

Sevastopol yaxınlığındakı çimərlikdə, xilasedici qüllənin yaxınlığında çoban iti başı və ayaqları olmayan naməlum kişinin cəsədini tapıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yerli sakin Andreevka kəndi yaxınlığındakı sahildə itini gəzdirirmiş. Birdən it qaçıb. Sahibi ona yetişəndə itin meyitin yanında oturduğunu görüb. İtin sahibi bundan sonra polis çağırıb.

Hüquq-mühafizə orqanları cəsədin tufan zamanı sahilə çıxa biləcəyini düşünür. İndi Daxili İşlər Nazirliyinin əməkdaşları mərhumun şəxsiyyətini müəyyənləşdirir.
 

# 2127
avatar

Oxşar yazılar