Daşkəsəndə ağac kəsən kişi öldü
17 may 2023 09:56 (UTC +04:00)

Daşkəsəndə ağac kəsən kişi öldü

Daşkəsəndə kişi meşədə ölüb.

Lent.az xəbər verir ki, hadisə Astaf kəndində meşə massivində qeydə alınıb. 30 yaşlı Həsənov Səməd Kamandar oğlu burada ağac kəsərkən budaq qırılaraq onun başına düşüb.

Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar