Daha bir AİLƏ FACİƏSİ:  arvadını bıçaqlayıb intihar etdi
04 may 2022 11:04 (UTC +04:00)

Daha bir AİLƏ FACİƏSİ: arvadını bıçaqlayıb intihar etdi

Azərbaycanda daha bir kişi arvadını bıçaqlayaraq intihar edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.

Eldar Məmmədov həyat yoldaşı S.H-nı (şərti ad) bıçaqlayıb. Arvadının öldüyünü zənn edən kişi daha sonra özünü asaraq intihar edib.

Bıçaqlanan qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

# 8079
avatar

Mehman Nəbiyev

Oxşar yazılar