Daha 3 nəfər narkotik satışı ilə məşğul olan şəxs tutuldu
27 mart 2023 09:16 (UTC +04:00)

Daha 3 nəfər narkotik satışı ilə məşğul olan şəxs tutuldu

Samuxda sakinlərindən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent/az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb. Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan "metamfetamin" aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb,araşdırmalar davam etdirilir.

 

Samuxda narkotik satışı ilə məşğul olan şəxslər tutulubSamuxda narkotik satışı ilə məşğul olan şəxslər tutulub

# 1257
avatar

Oxşar yazılar