Bu yollardan keçməyin, polisdən sürücülərə MÜRACİƏT
05 mart 2023 11:24 (UTC +04:00)

Bu yollardan keçməyin, polisdən sürücülərə MÜRACİƏT

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Bu barədə Lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Paytaxtın Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib

# 1920
avatar

Cavidan HUN

Oxşar yazılar