“BMW” və “Hyundai” toqquşdu, sonuncunun sərnişini...  -FOTO
14 noyabr 2022 02:48 (UTC +04:00)

“BMW” və “Hyundai” toqquşdu, sonuncunun sərnişini... -FOTO

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Abbasqulu ağa Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

“Hyundai” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına çırpılıb. Qəza nəticəsində “Hyundai”ın sərnişini xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
 

# 1518
avatar

Oxşar yazılar