Biznesmenin qohumu Vətən müharibəsi iştirakçısını döydü - VİDEO
01 mart 2023 15:40 (UTC +04:00)

Biznesmenin qohumu Vətən müharibəsi iştirakçısını döydü - VİDEO

İmişlidə Vətən müharibəsi iştirakçısı döyülüb.

Lent.az xəbər verir ki, bu barədə zərərçəkmiş sosial şəbəkədə videomüraciətində bildirib. Onun sözlərinə görə, hadisəyə səbəb qarşı tərəfin nəqliyyat vasitəsini təhlükəli sürməsi olub. Müharibə iştirakçısı iddia edib ki, həmin şəxslər İmişlidə tanınmış biznesmen Salehin qohumları və dostudur.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a bildirib ki, fevralın 25-də İmişli rayonu ərazisində N.Şıxəliyevlə E.Səmədovun arasında mübahisə yaranması, nəticədə isə sonuncunun N.Şıxəliyevi döyməsi ilə bağlı İmişli rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Daxil olan məlumatla əlaqədar tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda faktla bağlı İmişli RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

# 1947
avatar

Oxşar yazılar