Birinci qrup əlil evində ÖLÜ TAPILDI
02 noyabr 2022 13:41 (UTC +04:00)

Birinci qrup əlil evində ÖLÜ TAPILDI

Abşeronda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən evlərdən birində Sumqayıt sakini I qrup əlil 58 yaşlı Nizami Hüseynovun meyiti tapılıb.

İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırılma aparılır.

# 1809
avatar

Sevinc Fərid

Oxşar yazılar