Bəxtiyar Hacıyevlə bağlı məhkəmədən  YENİ QƏRAR
24 yanvar 2023 16:02 (UTC +04:00)

Bəxtiyar Hacıyevlə bağlı məhkəmədən YENİ QƏRAR

Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.

Məhkəmə Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

# 1755
avatar

Oxşar yazılar