"BakuBus"un avtobusu tələbəni vurub öldürdü - FOTO
12 noyabr 2022 13:24 (UTC +04:00)

"BakuBus"un avtobusu tələbəni vurub öldürdü - FOTO

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. 7 saylı marşrut xətt avtobsunun sürücüsü Babayev Azər Heybətqulu oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus avtomobillə piyada 19 yaşlı Mustafazadə Seyfəddin Sədrəddin oğlunu vurub.

Piyada ağır xəsarətlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, səhər saatlarında onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, S. Mustafazadə Bakı Mühəndislik Universitetinin III kurs tələbəsidir.

Seyfəddin Mustafazadə

# 2154
avatar

Mehman Nəbiyev

Oxşar yazılar