Bakının mərkəzində evdən külli miqdarda narkotik tapıldı
21 yanvar 2023 16:33 (UTC +04:00)

Bakının mərkəzində evdən külli miqdarda narkotik tapıldı

Bakıda evdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rahim Cəfərli şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 28 qrama yaxın heroin aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oaradan əlavə 2 kiloqramdan artıq heroin götürülüb.

Araşdırma aparılır.

# 1722
avatar

Oxşar yazılar