Bakıda zəncirvari qəza, 4 nəfər...
05 yanvar 2023 02:13 (UTC +04:00)

Bakıda zəncirvari qəza, 4 nəfər...

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb. "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" maralı avtomobillər toquşub.

Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. "Toyota Land Cruiser"də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.

# 2391
avatar

Oxşar yazılar