Bakıda  yaşayış binasında   YANĞIN
19 yanvar 2023 19:37 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Süleyman Rəhimov küçəsində yerləşən binada qeydə alınıb. 3 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınan yanğının mətbəxdəki sobada baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

# 1623
avatar

Oxşar yazılar