Bakıda universitetdə ÖLÜM
09 mart 2023 12:33 (UTC +04:00)

Bakıda universitetdə ÖLÜM

Azərbaycan Memarlıq və İnşaat Universitetində laborant iş zamanı ölüb.

AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev Lent.az-a bildirib ki, bu gün səhər saatlarında Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı işə gəlib və qəfil halı pisləşib. Onun sözlərinə görə, universitetin tibb xidmətinin və çağrılan təcili dibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb:

"Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin təşxisinə görə onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin".

# 2163
avatar

Oxşar yazılar