Bakıda universitet yataqxanasında İNTİHAR
06 dekabr 2021 11:42 (UTC +04:00)

Bakıda universitet yataqxanasında İNTİHAR

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, A. Gəraybəyli küçəsində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yataqxanasında qeydə alınıb. İmişli rayon sakini 49 yaşlı Hüseynov Süleyman Hüseynağa oğlu yataqxananın otaqlarının birində özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

“Yataqxanada intihar edən şəxs universitetin işçisi, yaxud tələbə deyil”.

Bu sözləri Lent.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova deyib. O bildirib ki, həmin yataqxanada uzun illərdi ki, məcburi köçkünlər yaşayır:

“Çoxdandır ki, UNEC-in Binəqədidə yerləşən yataqxanasında tələbələr, yaxud müəllimlər yaşamır. Orada məcburi köçkünlər məskunlaşıb”.

# 3624
avatar

Mehman Nəbiyev

Oxşar yazılar