Bakıda üç avtomobil  toqquşdu   - FOTO
20 may 2022 03:44 (UTC +04:00)

Bakıda üç avtomobil toqquşdu - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, M.Həsənov küçəsində olan “VAZ 21015” markalı nəqliyyat vasitəsi yol nişanının tələbini pozaraq eyni küçədə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.

Daha sonra “Mercedes” markalı avtomobil hər iki maşına çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

# 1857
avatar

Oxşar yazılar