Bakıda tədris mərkəzində YANĞIN  - YENİLƏNİB
13 yanvar 2023 17:50 (UTC +04:00)

Bakıda tədris mərkəzində YANĞIN - YENİLƏNİB

Bakıda tədris mərkəzindəki yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib. Bildirilib ki, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində 23 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 300 m² olan tədris mərkəzinin tavanı 6 m² sahədə və içərisində olan əşyalar 5 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən operativ və çevik müdaxilə sayəsində qısa müddətdə söndürülüb.

***
Saat: 17:39

Bakıda tədris mərkəzi yanır.

Lent.az xəbər verir ki, hadisə Məhəmməd Naxçıvani 1 ünvanında baş verib. "STAR Colleges” kursunun bir neçə otağı yanmağa başlayıb.

Hazırda əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşınları cəlb edilib./baku.ws

# 2031
avatar

Oxşar yazılar