Bakıda taxta alverçisi  iş adamlarını   belə aldatdı
16 noyabr 2022 16:26 (UTC +04:00)

Bakıda taxta alverçisi iş adamlarını belə aldatdı

Bakıda iş adamlarına qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, Məmmədov Rəşad Binyamin oğlu barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) ittihamı elan edilib.

İttihama görə, R. Məmmədov dələduzluq əməllərini taxta materiallarının satışı ilə həyata keçirib. Belə ki, o, “Qlobus” MMC-nin meneceri ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Rəşad Dərnəgüldəki tikinti ləvazimatları mağazalarının birindən 17 minlik taxta material alıb təhvil vermə imiş. Ancaq o, taxtaları alaraq, başqa şəxsə satıb.

Rəşadın digər əməli də eyni ssenari üzrə olub. Bu dəfə isə “İ.M.C trade” MMC-nin direktoruna 22500 manatlıq taxta alıb verəcəyi barədə müqavilə imzalayıb. Yenə də, sifariş etdiyi taxtaları başqasına satıb.

Zərərçəkmişləri müraciəti əsasında araşdırma aparılıb. Rəşad Məmmədov barəsində başqa yerə getməmək şərti ilə iltizam tədbiri seçilib.

Prosesə Nərimanov rayon Məhkəməsində baxılacaq.

# 3870
avatar

Mehman Nəbiyev

Oxşar yazılar