Bakıda sexdən 4 minlik  OĞURLUQ
10 yanvar 2023 11:21 (UTC +04:00)

Bakıda sexdən 4 minlik OĞURLUQ

Bakıda sex qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 5-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb. Burada yerləşən sexlərin birindən 4000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salam Hüseynli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1272
avatar

Oxşar yazılar