Bakıda qəza:  3 ÖLÜ, BİRİ UŞAQDIR -FOTO -VİDEO
29 may 2023 04:57 (UTC +04:00)

Bakıda qəza: 3 ÖLÜ, BİRİ UŞAQDIR-FOTO-VİDEO

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hadisə şahidləri faciənin yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.
 

# 3081
avatar

Oxşar yazılar