Bakıda qaynaqçı hündürlükdən yıxılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında baş verib.
Belə ki,"Metak" MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Paşayev Vüqar Azər oğlu iş vaxtı sexdə dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq "ağır kəllə beyin" travması alıb. Daha sonra isə Kliniki Tibii Mərkəzə yerləşdirilib.
Onun vəziyyəti ağır olduğundan izahatının alınması mümkün olmayıb.
Qeyd edək ki, damı təmir edilən sex MMC-yə məxsusdur.
Hazırda fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.