Bakıda qadını avtomobil vurdu
26 fevral 2023 03:06 (UTC +04:00)

Bakıda qadını avtomobil vurdu

Bakının Xətai rayonunda yol -nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Əliyeva Sevinc İbrahim qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı sağ ayaq sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
 

# 1752
avatar

Oxşar yazılar