Bakıda piyada keçidində qadını maşın vurub  ÖLDÜRDÜ
05 yanvar 2023 21:25 (UTC +04:00)

Bakıda piyada keçidində qadını maşın vurub ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu Salyan şosesində baş verib.

30 yaşlı Həsənov Rövşən İbrahim oğlu 60-70 km/saat sürətlə “VAZ 21074” markalı avtomobillə 49 yaşlı Qurbanova Nərgiz Əbdül qızını piyada keçidində maşın vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 3309
avatar

Oxşar yazılar