Bakıda pəncərədən girib "Tantuni"ni qarət etdilər
16 may 2023 09:42 (UTC +04:00)

Bakıda pəncərədən girib "Tantuni"ni qarət etdilər

Bakıda restorandan oğurluq edilib.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. 49 yaşlı Türkiyə vətəndaşı Gümen Aziz Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək, işlədiyi "Tantuni" restoranının qarət olunduğunu deyib. Onun sözlərinə görə, naməlum şəxs restoranın pəncərəsindən daxil olaraq, onun "Samsung" markalı telefonunu və 20 manat pulu oğurlayıb.

Faktla bağlı həmin şöbədə araşdırma aparılır.

# 1590
avatar

Mehman Nəbiyev

Oxşar yazılar