Bakıda ötən ildən itkin düşən gənc  axtarılır -  FOTO
30 yanvar 2023 12:21 (UTC +04:00)

Bakıda ötən ildən itkin düşən gənc axtarılır - FOTO

Bakının Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli itkin düşüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, itkin düşən şəxs 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun yaddaş pozğunluğunun olması ehtimal edilir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən, onun barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



# 1461
avatar

Nigar Namiq

Oxşar yazılar