Bakıda "Mercedes" və"Hyundai" qarət olundu
17 may 2023 11:38 (UTC +04:00)

Bakıda "Mercedes" və"Hyundai" qarət olundu

Bakıda avtomobillər qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində “Mercedes” və “Hyundai” markalı iki avtomobildən yan güzgü, pul, içərisində sənədlər və bank kartları olan çanta oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Arif Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1047
avatar

Oxşar yazılar