Bakıda maşından pul oğurlandı
01 fevral 2023 15:07 (UTC +04:00)

Bakıda maşından pul oğurlandı

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a xəbərə görə, Nərimanov rayonu ərazisində “Mercedes” markalı bir avtomobildən 1500 manat pul oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı  Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş A.Mamedov saxlanılıb.

Araşdırma aparılır.

# 1389
avatar

Oxşar yazılar