Bakıda köşkdən lotereya biletləri OĞURLANDI
06 sentyabr 2022 17:10 (UTC +04:00)

Bakıda köşkdən lotereya biletləri OĞURLANDI

Bakıda köşk qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1900 manat dəyərində lotereya biletləri oğurlanıb.

Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

# 2001
avatar

Mehman Nəbiyev

Oxşar yazılar